İranın Həmədan əyalətində saxta spirtli içki yenidən insanların ölümünə səbəb olub.
"Unikal" xəbər verir ki, Həmədan prokuroru Abbas Nəcəfi bu əyalətdə 15 nəfərin saxta spirtli içkidən zəhərlənərək öldüyünü açıqlayıb.
Onun sözlərinə görə, ümumilikdə 100 nəfər saxta spirtli içkidən zəhərlənərək xəstəxanalıq olub. Prokuror qeyd edib ki, indiyədək spirtli içkilərin satışına görə 8 nəfər həbs edilib.