Ukraynanın xarici işlər naziri Andrey Sibiqa oktyabrın 20-dən 22-dək Türkiyəyə rəsmi səfər edəcək.

"Unikal" xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Sibiqa Ukrayna-Türkiyə əməkdaşlığına dair mühüm yüksək səviyyəli danışıqlar aparacaq.

Sibiqa Ankaraya səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və ticarət naziri Ömər Bolat ilə görüşəcək.

Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi qələbə planına, Ukraynanın NATO-ya inteqrasiyasına və Sülh Formulasına “xüsusi diqqət” veriləcək.

İstanbulda Andrey Sibiqa SAHA EXPO 2024 müdafiə-sənaye sərgisində də iştirak edəcək və burada Türkiyənin müdafiə şirkətləri ilə görüşlər keçirəcək. O, Türkiyənin Ukrayna və Krım tatar icmaları ilə görüşəcək.