Astara rayonunda ata oğluna ov tüfəngi ilə atəş açıb. Hadisə gecə saatlarında rayonun Sığaloni kəndində baş verib.
"Unikal" xəbər verir ki, Ağaşir Hüseynov oğlunu - 1991-ci il təvəllüdlü Tural Hüseynovu ov tüfəngi ilə güllələyib. T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Yaralıya ilkin tibbi xidmətlər göstərilib və cərrahiyyə şöbəsinə, əməliyyat blokuna alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Astara rayon sakini Tural Hüseynovun ov silahından açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törədənin şəxsiyyəti müəyyən olunub və hazırda saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.