Tbilisidə müxalifət qüvvələrinin nümayişi başlayıb.
"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, aksiyanın təşkilatçıları görüş yeri kimi iştirakçıların bir neçə istiqamətdən hərəkət etdiyi Azadlıq meydanını seçiblər.
“Biz bütün Avropaya göstərmək istəyirik ki, gürcü xalqı avrointeqrasiyanı seçir”, - aksiyanın təşkilatçılarından biri Nino Lomjaria bildirib.