İngiltərə Premyer Liqasında VIII turun mərkəzi görüşü keçirilib.

"Unikal" xəbər verir ki, prinsipial oyunda “Liverpul” və “Çelsi” komandaları üz-üzə gəlib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Liverpul” qələbə sayəsində 21 xalla liderliyə yüksəlib. “Çelsi” isə 14 xalla 6-cı sırada qərarlaşıb.

Günün ilk oyununda “Mançester Siti” “Vulverhempton”u 2:1 hesabı ilə üstələyib.