ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Donald Tramp seçki yarışında rəqibi, Demokratlar Partiyasından namizəd Kəmalə Harrisi ad günü münasibətilə təbrik edəcəyini deyib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Pensilvaniyadakı "McDonalds"a səfəri zamanı deyib.
“Kamalanın ad günüdür? Onun 60 yaşı olur? Bəli, mən ona doğum gününü təbrik edərdim. Düşünürəm ki, ona gül alacağam. Bəlkə ona kartof-fri alım. Ya da "McDonald's"dan hamburger alaram”, - deyə Tramp zarafat edib.