İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, ölkəsi nüvə silahı da daxil olmaqla kütləvi qırğın silahlarından istifadədən əsaslı şəkildə imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə diplomat jurnalistlərə açıqlamasında deyib.
"Bu qərar Ali Rəhbəri Ayətullah Əli Xameneinin fitvasına əsaslanır. İran və xarici mətbuatda Tehranın nüvə doktrinasında dəyişikliklərin müzakirəsi bu mövqeyə heç bir təsir göstərmir", - diplomat vurğulayıb.