Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

“Cənab müdafiə naziri Lloyd Ostin, gəldiyinizə, səfərinizə görə sizə çox təşəkkür edirəm. Bu müharibə zamanı edilənlərə görə ABŞ xalqına, prezident Baydenə, eləcə də ikipartiyalı dəstəyə təşəkkür etmək istərdim”, - deyə Zelenski bildirib.