"Azərbaycan və Ermənistanın sərhəd demarkasiyası komissiyalarının iclasları işgüzar şəraitdə keçirilir, Azərbaycan tərəfindən heç bir təzyiq yoxdur".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.
O, həmçinin 1975-ci il xəritəsindən də danışıb: "Bunlar 1974-78-ci illərdə tərtib edilmiş, 1979-cu ildə qüvvəyə minmiş GSH xəritələridir. Lakin o xəritələr istifadə edilməli olan yeganə xəritələr deyil, amma demarkasiya prosesində istifadə olunacağını düşünürəm.
Birgə fəaliyyət zamanı razılıq ondan ibarət idi ki, biz bu mərhələdə reqlamentin daxili prosedurlarını həyata keçirəcəyik, onu qəbul etdikdən sonra bildirişlər mübadiləsi aparacağıq, bundan sonra biz görüşərək növbəti bölmələrin məsələsini müzakirə edəcəyik".
Ağarza Elçinoğlu