İkinci müddətə namizədliyini irəli sürən Moldova prezidenti Maia Sandu ölkədə 150 min seçicinin “suverenliyə hücum naminə” rüşvət aldığını bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.
Onun sözlərinə görə, onların məqsədi 300 min səs almaq olub.
"150 min insana səs vermək üçün pul ödənilməsi onu göstərir ki, suverenliyimizə edilən bu hücumdan dərs almalıyıq", - deyə Sandu ifadə edib.
O qeyd edib ki, ölkənin ədliyyə sistemi səslərin oğurlanması və satın alınması ilə mübarizədə kifayət qədər iş görməyib.
Moldovada prezident seçkilərinin birinci turu oktyabrın 20-də keçirilib. Protokolların demək olar ki, 100%-nin işlənməsinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Maia Sandu 42,21% səs toplayıb. Moldovanın keçmiş baş prokuroru, Qaqauziya əsilli Aleksandr Stoyanoqlo 26,15% səs alır.