Albaniyanın keçmiş prezidenti İlir Meta korrupsiya istintaqı çərçivəsində saxlanılıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Meta korrupsiyada, çirkli pulların yuyulmasında və əmlakın gizlədilməsində ittiham olunur.
Metanın mətbuat katibi Tedi Bluşi həbsi "cinayətkar oğurluq" adlandırıb. İşi araşdıran Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluq (SPAK) sabiq prezidentin saxlanması ilə bağlı yayılan xəbərlərə hələlik münasibət bildirməyib.
Siyasətçi Tirana şəhərində mətbuat konfransına gedərkən saxlanılıb.
İlir Meta 2017-2022-ci illərdə Albaniyanın prezidenti olub, bundan əvvəl isə baş nazir, xarici işlər naziri və parlamentin sədri vəzifələrində çalışıb.