Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymar 369 gün sonra ilk dəfə rəsmi oyuna çıxıb.

"Unikal" xəbər verir ki, Neymar Asiya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun BƏƏ-nin “Əl Ayn” klubu ilə oyununda meydana çıxıb.

“Əl-Hilal” 5:4 hesabı ilə qalib gəlib. Neymar 77-ci dəqiqədə qol vurmadan əvəzedici heyətə daxil olub.

Xatırladaq ki, Neymar 18 oktyabr 2023-cü ildə Uruqvaya qarşı Braziliya millisinin heyətində zədələnib.