Yeni Zelandiyanın Dunedin hava limanında vida qucaqlaşmalarının müddətini üç dəqiqə ilə məhdudlaşdıran lövhə peyda olub.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazır.
“Əlbəttə ki, hava limanında “anti qucaq polisi” olmayacaq. Maksimum vaxt 3 dəqiqədir. İnsanlara nə qədər sarılmaq lazım olduğunu xatırlatmaq başqalarının hərəkətinə şərait yaratmaqdır", - deyə hava limanının direktoru Dan de Bono bildirib.