Norveç hakimiyyəti müvəqqəti sərhəd nəzarətini noyabrın 11-dək uzadıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç Ədliyyə Nazirliyinin rəhbəri Emili Enger Mehl bildirib .
"Biz indi sərhəd nəzarətini 20 gün uzadırıq, lakin mən onu daha da uzadacağımızı istisna etmirəm. Qərarımın səbəbi terror təhlükəsinin davam etməsidir...", - deyə nazir bildirib.
Siyasətçinin sözlərinə görə, “xüsusilə Norveçdəki yəhudi və israilli şəxslərə və qurumlara qarşı” terror hücumları riski qalmaqdadır.
Norveçdə müvəqqəti sərhəd nəzarəti oktyabrın 12-də İsveçdə İsraildən olan müdafiə şirkətinin nümayəndəliyinə hücum edilən hadisələrdən sonra və Danimarkada İsrail səfirliyində partlayışların baş verdiyi insidentlərdən sonra tətbiq edilib.