Əfqanıstan BRİKS-ə müşahidəçi qismində qoşulmağa hazırdır.
"Unikal" xəbər verir ki, bunu "Taliban" hökumətinin ticarət və sənaye naziri Nuriddin Əzizi bildirib.
Onun sözlərinə görə, Kabil Kazanda keçirilən sammitin təşkilatçılarına rəsmi məktub göndərib: "Bəlkə bu dəfə və ya növbəti dəfə biz BRIKS sammitində iştirak edəcəyik".
Əzizi əlavə edib ki, Əfqanıstan müşahidəçi kimi iştirak etmək istəyir.
Ağarza Elçinoğlu