Avropa İttifaqı Moldovada Aİ-yə üzvlüklə bağlı referendumun nəticələrini alqışlayır.
"Unikal" xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrell X sosial şəbəkəsindəki hesabında yazıb.
O, həmçinin Rusiya Federasiyasının referendum prosesinə müdaxiləsini pisləyib: "Aİ referendumun nəticələrini alqışlayır. Moldova vətəndaşları kütləvi müdaxilələrə və Rusiya və onun vəkillərinin demokratik səsverməyə xələl gətirmək üçün hibrid kampaniyasına baxmayaraq, gələcəklərini Avropa İttifaqına etibar etmək üçün tarixi seçim ediblər. Bu səslər Moldovanın dinc, müstəqil, demokratik və firavan gələcək arzusunu əks etdirir".
Ağarza Elçinoğlu