Uruqvaylı tanınmış futbolçu Dieqo Forlan peşəkar tennislə məşğul olacaq.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı keçmiş hücumçu həmyerlisi Federiko Koria ilə birgə “Uruqvay Open” turnirində iştirak edəcək.
Turnir noyabrın 11-dən 17-dək Uruqvayın paytaxtı Montevideo şəhərində keçiriləcək.
Qeyd edək ki, Dieqo Forlan karyerası ərzində “Mançester Yunayted” (İngiltərə), “Atletiko” (Madrid, İspaniya) və “İnter” (İtaliya) kimi tanınmış komandaların formasını geyinib. O, Uruqvay millisinin heyətində 112 matçda 36 qolla yadda qalıb.