Sverdlovsk vilayətinin kriminal avtoriteti, Dağıstan əsilli Marsel Həsənov Yekaterinburqda bar işçisini döyüb.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Həsənov şəhərin mərkəzində yerləşən "Rose Jane" barının qadın administratorunu vurub. Zərərçəkmiş stula yıxılıb, bundan sonra hadisəyə müdaxilə olunub. Kriminal avtoritetin bu addımı atmasına səbəb isə özünü nalayiq apardığı üçün ona xəbərdarlıq edilməsi olub. Bundan sonra o, qadına şiddət göstərib.