Göygöl Rayon Polis Şöbəsinə rayon sakini Asim Niyazovun kəsici-deşici alətlə bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirlməsi barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib. Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Dəmir Nəbiyəv saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

***21:07

Göygöl sakini bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Mollacəlilli kəndi ərazisində qeydə alınıb. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Olayın hansı səbəbdən baş verdiyi məlum deyil.

Tural Əhməd