Türkiyənin xarici işlər naziri Hakan Fidan qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə telefonla danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilib ki, tərəflər Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına və Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısına hazırlığı müzakirə ediblər.
Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.