Oktyabrın 22-də açılan BRİKS sammitində Kazanda iştirak edən Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinə təkliflə çıxış edib.
"Unikal" xəbər verir ki, o, Rusiya liderini gələn il, 2025-ci ildə ölkəsinə rəsmi səfərə dəvət edib.
“Modi Moskvada ona və nümayəndə heyətinə göstərilən mehriban qonaqpərvərliyə görə Rusiya prezidentinə təşəkkür edib. O, prezident Putini gələn il 23 illik Rusiya-Hindistan sammitində iştirak etmək üçün Hindistana səfərə dəvət edib”, - sammitin ilk gününün yekun bəyannaməsinin mətnində deyilir.