Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Araz Talıbov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, onun yaşadığı ünvandan 2 kiloqramdan artıq marixuana, kəndin çöllük ərazisindən isə sonuncu tərəfindən kültivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkarlanıb. 

Faktla bağlı araşdırmalar aparılır.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən son günlərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 10 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb.