Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda "Hizbullah" şiə hərəkatının 70-ə yaxın döyüşçünü məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
"Son 24 saat ərzində hərbçilər qurudan və havadan endirdikləri zərbələr nəticəsində 70-ə yaxın terrorçunu məhv ediblər", - deyə məlumatda bildirilir.
İsrail Müdafiə Qüvvələri həmçinin qeyd edib ki, yəhudi dövlətinin qoşunları "Hizbullah"ın yeraltı infrastrukturunu, eləcə də silah anbarlarını, o cümlədən raketlər, tank əleyhinə raket qurğuları, minaatanlar, mərmilər və digər hərbi texnikanı müəyyənləşdirib və məhv edib.