Oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, İosif Tkaç Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.