Astroloqlar 23 oktyabr 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.
"Unikal" həmin proqnozları təqdim edir:
Qoç:
Bu gün vacib olan məsələləri həll etmək istəyə bilərsiniz. Xarici görünüşünüzdə dəyişiklik etmək üçün uyğun gündür. Sosial platformalarda özünüzü ifadə etmək istəyə bilərsiniz. Həssas olduğunuz məsələlərə qəfil reaksiya verməməyə çalışın. Gün ərzində yeni məqsədləriniz ola bilər.
Buğa:
Bu gün emosional sarsıntılar yaşaya bilərsiniz. Sizi məhdudlaşdıran məsələlərə görə psixoloji cəhətdən həssaslıq yaşaya bilərsiniz. Məsul olduğunuz məsələlərdə daha çox səy göstərməlisiniz. Məlum olmayan məsələlərə görə qeyri-müəyyənlik yaşaya bilərsiniz. Axşam saatlarında vacib məsələlərdə heç bir yekun qərar verməməlisiniz.
Əkizlər:
Gələcək planlarınızla bağlı yeni addımlar ata bilərsiniz. Texniki məsələlərdə və mühasibatlıq məsələlərində irəliləyişlər ola bilər. İkitərəfli münasibətlərinizdə reaksiyalarınıza diqqət yetirməlisiniz. Gün ərzində ictimailəşmək sizin üçün yaxşı olacaq. Məsul olduğunuz məsələlərdə dostlarınızdan kömək ala bilərsiniz.
Xərçəng:
İşinizdə irəliləyiş etmək üçün bu gün daha çox səy göstərməlisiniz. Rəhbərlərlə ünsiyyətdə diqqətli olmalısınız. Məsul olduğunuz məsələlərlə mübarizə aparmalı ola bilərsiniz. İş yükünüz arta bilər.
Şir:
Bu gün həyatınızda bəzi məsələlərə aydınlıq gətirəcəksiniz. Məsul olduğunuz məsələlərdə irəliləyişə nail ola bilərsiniz. Xərclərinizə nəzarət etməyə çalışın. Gün ərzində fəlsəfələrinizlə bağlı yeni məlumatlar əldə edə bilərsiniz. Fikirlərinizi bölüşmək üçün axşam saatlarında dostlarınızla vaxt keçirə bilərsiniz.
Qız:
Narahat olduğunuz məsələlər bu gün gündəminizi zəbt edə bilər. İkitərəfli münasibətlərinizdə daha həssas olmalısınız. Birgə məsələlərlə məşğul olmaq lazım ola bilər. Gün ərzində bank işlərinizi tənzimləmək imkanınız olacaq. Pul məsələlərində diqqətli olmalısınız.
Tərəzi:
Münasibətlərinizdə digər insana qarşı daha dözümlü olmağınız lazım ola bilər. Çətin vəziyyətlərlə qarşılaşa bilərsiniz. Məsul olduğunuz məsələlərdə daha çox səy göstərəcəyiniz situasiyalar yarana bilər. Axşam saatlarında sizi daha aktiv edəcək işlərlə məşğul olmalısınız.
Əqrəb:
İş şəraitinizdəki qəfil dəyişikliklər gündəminizə təsir edə bilər. Yeni öhdəliklər götürə bilərsiniz. İş həyatınızda təfərrüatlara çox qapılmayın. Siz irəliləyiş əldə etmək üçün səy göstərməlisiniz. Zövq aldığınız mövzularda özünüzü ilişib qalmış hiss edə bilərsiniz.
Oxatan:
Bu gün zövq aldığınız mövzulara diqqət yetirmək istəyə bilərsiniz. Uşaqlarınızla vaxt keçirmək sizin üçü yaxşı olacaq. Xərclərinizə diqqət edin. Yaradıcılığınızı daha çox hobbilərinizdə ifadə edə bilərsiniz, bunu üçün uyğun gündür.
Oğlaq:
Bu gün ailəvi məsələlərə diqqət etmənizdə fayda var. Köhnə məsələlər yenidən gündəmə gələ bilər. Məsul olduğunuz məsələlərdə daha həvəsli olacağınız gündür. Axşam saatlarında müxtəlif mövzularla maraqlana bilərsiniz.
Dolça:
Bu gün gündəminiz məşğul olacaq. Yazışmalarda və söhbətlərdə qəfil hadisələr yarana bilər. Yaxın ətrafınızdakı dəyişikliklər sizə təsir edəcək. İkitərəfli münasibətlərinizdə axsamalar ola bilər. Sosial hadisələr gündəminizi zəbt edəcək.
Balıqlar:
Bu gün xərclərinizə diqqət etməyinizdə fayda var. Bacarıqlarınızdan istifadə etməklə işlərinizdə irəliləyiş əldə edə bilərsiniz. Borc məsələlərində diqqətli olmalısınız. Texniki məsələlər sizi maraqlandıra bilər. Zövq aldığınız işlərdə xoşagəlməzlik ola bilər.
Zərifə Nağıyeva