Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Araşdırma aparılır.