Şizofreniya xəstələrində ömür boyu ani ürək ölümü riski dörd dəfə yüksəkdir. Depressiya və digər psixi pozğunluqlar riski ikiqat artırır.
"Unikal" xəbər verir ki, bunu "Heart" jurnalında dərc olunan araşdırma göstərib.
Alimlər 2010-cu ildə 18 yaşdan 90 yaşa qədər olan 45,7 min Danimarka sakininin bütün ölümlərini tədqiq ediblər.
Qəfil ürək ölümü halları psixi pozğunluğu olan insanlar arasında ümumi əhali ilə müqayisədə 6,5 dəfə çox olub. Depressiyadan əziyyət çəkən insanlar arasında risk iki dəfə, bipolyar pozğunluğu olan insanlar arasında 3 dəfə, şizofreniya xəstələri arasında isə 4,5 dəfə yüksək olub. Bildirilir ki, ruhi xəstəlikləri olan yaşlı insanlarda ürək dayanması riski sağlam həmyaşıdları ilə demək olar ki, eyni olub.
Elm adamları hesab edirlər ki, hər hansı bir psixi pozğunluğu olan 18 yaşındakı bir gənc, hər iki xəstəlikdən əziyyət çəkən eyni yaşda olan bir insandan təxminən 10 il az yaşaya bilər (78 il əvəzinə 68 il).
Müşahidə olunan assosiasiyanın səbəbləri ilə bağlı qəti nəticəyə gəlmək mümkün olmasa da, alimlər gələcəkdə psixi pozğunluqlardan ölüm riskini azalda biləcəklərinə inanırlar. Halların təxminən yarısında ani ürək ölümü simptomlardan əvvəl baş verir.