Bütün ermənilərin katolikosu II Qaregin noyabrda Bakıda keçiriləcək dünya dini liderlərinin sammitində iştirak etmək üçün dəvət almayıb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ə katolikosluğun informasiya sisteminin direktoru Yesai Artenyan bildirib.

Qeyd edək ki, noyabrın 5-7-də Qafqaz Müsəlmanları İdarəsi PreCOP tədbiri çərçivəsində 200-ə yaxın din xadimi və elm adamının iştirakı ilə dünya dini liderlərinin sammitini təşkil edəcək.

Ağarza Elçinoğlu