Kazanda keçirilən BRİKS sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin bu təşkilatda liderliyin gələn il Braziliyaya keçəcəyini bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
“Braziliya həqiqətən bizim BRİKS-ə sədrliyimizi qəbul edir. Sizi dəstəkləmək və bu transferin effektiv olması üçün əlimizdən gələni edəcəyik”, - deyə Putin bildirib.
O, qurumda rəhbərliyin etibarlı əllərə keçdiyini vurğulayıb.