Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammitində olarkən Aİ kursunu izləyəcək və Rusiyanın təcrid olunmasında iştirak edəcək.
"Unikal" xəbər verir ki,bunu Aİ-nin Xarici Xidmətin nümayəndəsi Piter Stano deyib.
Stano qeyd edib ki, Avropa İttifaqına üzv olmağa namizəd olan ölkələrin liderləri istədikləri yerə səyahət edə bilərlər.
"Lakin biz bütün Aİ-yə namizəd ölkələrdən gözləyirik ki, onlar Avropa İttifaqının dəyərlərinə tam əməl edəcəklər və Aİ-nin Rusiyanı təcrid etməyə yönəlmiş xarici siyasəti çərçivəsində hərəkət edəcəklər", - siyasətçi qeyd edib.
Xatırladaq ki, oktyabrın 22-də Kazanda BRİKS sammiti işə başlayıb. Tədbir oktyabrın 24-dək davam edəcək. İclasda ilk dəfə olaraq yeni BRİKS ölkələri iştirak edəcək.
Gülayə Mecid