İsrail İrana zərbə endirdikdən sonra hər kəs bu ölkənin hərbi hava qüvvələrinin əsgərlərinin necə və nə üçün təlim keçdiyini anlayacaq. 

"Unikal" xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant Hatzerim aviabazasında pilotlar və digər hərbçilərlə görüşü zamanı deyib.

"Bir il əvvəl bizi məğlub etmək və bizə hücum etmək arzusunda olanların hamısı ağır bədəl ödədilər və artıq bu xəyalda deyillər", - deyə nazir qeyd edib. 

İsrail ən yüksək səviyyədə İranın oktyabrın 1-də kütləvi raket buraxılışına adekvat cavab verəcəyini vəd edib. Həmin vaxt İran İsrailə 180-dən çox ballistik raket atmışdı.

Ağarza Elçinoğlu