Kazanda Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb. 

"Unikal" xəbər verir ki, Putin çıxışına Türkiyədə baş vermiş terror aktı ilə bağlı Ərdoğana başsağlığı verərək başlayıb. 

"Görüşə başlamazdan əvvəl terror aktı ilə bağlı başsağlığı verirəm. Mətbuatda Türkiyədə terror aktı barədə məlumatlar yayılır".

Ərdoğan çıxışında "Terror hücumu nəticəsində 4 şəhidimiz, 14 yaralımız var. Terroru törədənləri lənətləyir, ölənlərin ailələrinə başsağlığı verirəm" deyib.