İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Beyrutda pan-ərəb telekanalı olan "Əl Mayadeen"in ofisinə zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə telekanalın saytında məlumat verilib. Xəsarət alanın olmadığı bildirilir. "Al Mayadeen" qeyd edib ki, onun əməkdaşları hərbi əməliyyatlar başlayandan sonra ofisi tərk ediblər.
Telekanal hücumda İsraili günahlandırıb.