Sakit okeanda Şimali Kuril adaları sahillərində 6,2 bal gücündə güclü zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yeraltı təkanlar cümə axşamı, oktyabrın 24-nə keçən gecə qeydə alınıb. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə yerləşib.
Bunun fonunda Severo-Kurilskdə 3 bal gücündə zəlzələ hiss olunub. Heç kim xəsarət almayıb və dağıntı qeydə alınmayıb. Həmçinin sunami təhlükəsi elan olunmayıb.
Gülayə Mecid