Rusiyada energetika nazirinin keçmiş müavini Anatoli Yanovski saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, eks-məmur oğurluq işi üzrə dindirilir. Bundan əlavə, onun evində də axtarış aparılır. Artıq evdən avadanlıq və sənədlər götürülüb.
Qeyd olunur ki, əvvəllər cinayət işi üzrə saxlanılan şəxslər Yanovskiyə qarşı ifadə veriblər. İlkin olaraq iş kömür sənayesində oğurluqla bağlıdır.
Yanovski 20 ildən artıq Energetika Nazirliyinin rəis müavini vəzifəsində çalışıb, həbs olunana qədər isə Mədən Elmləri Akademiyasının birinci vitse-prezidenti olub.
Ağarza Elçinoğlu