105 yaşlı britaniyalı qadın uzunömürlülüyünün sirrini açıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ketlin Henninqsin dediyinə görə, hər şey sadədir: mütəmadi olaraq çox içmək və evlilikdən imtina etmək.
Ketlin yerli mətbuata açıqlamasında bildirib ki, pivə ilə bu içkinin pərəstişkarı olan valideynlərinin sayəsində tanış olub. Qadın illər ərzində balanslaşdırılmış pəhrizə riayət edib və hər gecə bir stəkan pivə içib.
Hazırda Qocalar evində yaşayan qadını yalnız bir sloqan ilə "Pivə iç və heç vaxt evlənmə!" tanıyırlar.
Gülayə Mecid