Cənubi Koreyanın öldürücü silahlarının Ukraynaya göndərilməsi onun Rusiya Federasiyası ilə münaqişəsinin nəticələrinə təsir etməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Moskvanın Seuldakı səfiri Georgi Zinovyev “Çosun İlbo” qəzetinə müsahibəsində bildirib.
"Ukraynaya silahların tədarükü münaqişənin nəticəsini dəyişməyəcək, lakin Moskva ilə Seul arasında münasibətlərin xarakterini dəyişəcək", - diplomat vurğulayıb.
O, belə bir vəziyyətdə Rusiya Federasiyası və Cənubi Koreyanın ikitərəfli münasibətləri bərpa etmək imkanlarını itirəcəklərinə əmin olduğunu bildirib.
Gülayə Mecid