Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski xalqa axşam videomüraciəti zamanı üzərində qeyri-adi yazı olan geyimi ilə diqqət çəkib. Söhbət "Rusiyanı yenidən kiçik edək" yazısından gedir.
"Unikal" xəbər verir ki, Ukrayna liderinin bu mesajına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cavab verib.
"Yenidən kiçik yəni SSRİ, Rusiya imperiyası kimi?" Görürəm, rus Kiyevi kimi. Bunun üçün bizə Kiyev lazımdır", - Zaxarova deyib.
O, Zelenskini bu addımına görə axmaq adlandırıb.
Ağarza Elçinoğlu