Braziliyada qeyri-adi hadisə baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Correia Pinto şəhərində 9 aylıq körpəsi xəstə olan bir ailə Faustino Riscarolli Xəstəxanasına müraciət edib. Təcili yardım şöbəsinə yerləşdirilən körpə Kiara Krislayn müayinədən sonra həkimlər tərəfindən öldüyü elan edilib və meyiti ailəsinə təhvil verilib.
Körpəsini itirməyin acısını yaşayan ailə dəfn zamanı gözlənilməz hadisə ilə üzləşib. Qızının əlindən sonuncu dəfə tutan ana onun yaşadığını görüb. Belə ki, körpə anasının əlini sıxıb. Qızlarının sağ olduğunu görən ailə onu dərhal xəstəxanaya aparıb.
Xəstəxanaya çatdırılan körpə qısa müddət sonra yenidən dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma başlatan Braziliya Elmi Polis Təşkilatı hesabatını 30 gün ərzində tamamlayacağını açıqlayıb.
Seymur Əli