"Dünya onsuz da böyük bir ailə kimi yaşayır, amma bəzən dava edir".
"Unikal" xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin BMT-nin baş katibi Antonio Quterreşin bəyanatını şərh edərkən “Outreach”/“BRICS plus” formatında keçirilən görüşdə deyib.
BMT-nin baş katibi iclasda çıxışı zamanı bildirib ki, dünyada hər kəs bir böyük ailə kimi yaşamalıdır.
"Biz belə yaşayırıq, təəssüf ki, tez-tez fikir ayrılıqları, qalmaqallar, mülk bölgüsü baş verir", - Putin ifadə edib.
Rusiya lideri vurğulayıb ki, BRİKS öz məqsədlərindən biri “ümumi evdə” əlverişli atmosfer yaratmaqdır.
Gülayə Mecid