FETÖ lideri Fətullah Gülənin dəfn mərasimindən əvvəl FETÖ terrorçularının təşkilat üzvlərinə xəbərdarlıq mesajları göndərdiyi üzə çıxıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mesajlarda “Maska, papaq və eynək taxın” kimi xəbərdarlıqlar alan təşkilat üzvləri Nyu Cersidəki keçirilən dəfn mərasimində üzlərini gizlətməyə çalışıblar.
Həmçinin, FETÖ lideri üçün keçiriləcək mərasimin yeri ilə bağlı məlumatlar son saatlara qədər gizli saxlanılsa da, saatlar əvvəl təşkilatın "WhatsApp" qrupları vasitəsilə məlumat verilib. Sözügedən məlumat mesajında qrup rəhbəri Gülənin dəfn mərasiminə qatılacaq təşkilat üzvlərinə üzlərini gizlədə biləcək əşyaları yanlarında götürmələri tövsiyə edilib. Mesajda "Maska, papaq və eynək taxın. Türk mətbuatı olacaq. Təhlükəsizlik olacaq. Stadiona QR kodu ilə giriş olacaq",- deyə bildirilib.
Zərifə Nağıyeva