Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şimali Koreya lideri Kim Çen Inın 2025-ci ildə Rusiyaya səfəri ehtimalını şərh edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Onun sözlərinə görə, yaxın qonşu ölkələr daim yüksək səviyyəli səfərlər mübadiləsi aparır.
Qeyd edək ki, Kim Çen In iki dəfə Rusiyaya səfər edib. 2019-cu ildə Rusiya Federasiyası və KXDR başçıları arasında danışıqlar Vladivostokda baş tutub, 2023-cü ildə isə Rusiya prezidenti Vladimir Putin və Kim Çen In birlikdə Amur vilayətindəki “Vostochnı” kosmodromunu ziyarət ediblər.
Ağarza Elçinoğlu