Bir müddət əvvəl sosial şəbəkələrdə Xaqani bağının bir hissəsinin orada yerləşən restoran tərəfindən zəbt edilməsi ilə bağlı iddialara cavab verilib.
"Unikal" xəbər verir ki, bu barədə Bakı Şəhər Ticarət və Xidmət Departamenti məlumat yayıb.
Qeyd edilib ki, məsələ ilə bağlı Xidmət Departamenti tərəfindən əraziyə yerləşdirilən və insanların gediş-gəlişinə maneə törədən gül dibçəklərinin yığışdırılması təmin edilib:
"Aparılmış araşdırılma nəticəsində məlum olub ki, dibçəklər əraziyə zəbt məqsədi ilə deyil, müvəqqəti saxlanc məqsədilə yerləşdirilib. Lakin buna baxmayaraq sahibkara şifahi xəbərdarlıq edilib və belə halların yolverilməzliyi bir daha onların nəzərinə çatdırılıb".