Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi baş tutub.
"Unikal" xəbər verir ki, müsabiqənin final mərhələsində qaliblərin adı açıqlanıb və onlar mükafatlandırılıblar.
8-16 yaşında yeniyetmələr arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq görülüb.
16-30 yaşında gənclər arasında müsabiqədə birinci yerə Aytac Bəybalayeva, ikinci yerə Nərmin Mirzəyeva, üçüncü yerə isə Rəis Niftəliyev seçilibdir.
Müsabiqənin münsiflər heyətinin kürsüsündə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi əyləşibdir.
Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilib.