MDB ölkələrində seçkilərin təşkili açıqlıq və seçki qanunvericiliyinin formalaşması baxımından Qərb ölkələrindəki bu prosesləri üstələyir.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə Özbəkistan parlamentinə seçkilərdə MDB müşahidəçilər missiyasına rəhbərlik edən Birliyin baş katibi Sergey Lebedev deyib.
"Biz indi nəinki bizə daim deyilən və məzəmmət edilən səviyyəyə çatmışıq, həmçinin seçkilərin təşkili və açıqlığı baxımından bizi tez-tez tənqid edən ölkələrin qanunlarını üstələmişik", - Lebedev bildirib.
O, xüsusilə MDB ölkələrinin seçki qanunvericiliyində həyata keçirilən gender siyasətini xatırladıb.
Qeyd edək ki, oktyabrın 27-də Özbəkistan parlamentinin aşağı palatasına növbəti seçkilər keçiriləcək.
Ağarza Elçinoğlu