"Rosatom" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Türkiyədə Sinop ərazisində ikinci Atom Elektrik Stansiyası tikmək təklifi alıb.
"Unikal" xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev RT-yə müsahibəsində bildirib.
“Bu, Türkiyə prezidenti cənab Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə bizə etdiyi təklifdir və biz hazırda Türkiyədə mövcudluğumuzun mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq” – deyə Lixaçev bildirib.