2-ci Fəxri Xiyabanda Vətən müharibəsinin şəhidi əsgər Rzayev Mirsafa Mircəlal oğlu şəhadətinin ildönümündə yad edilib.

"Unikal" xəbər verir ki, Milli Məclisin deputatı Ülvi Quliyev anım tədbirində iştirak edib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.