Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək iqlim konfransında iştirak edib-etməyəcəyi bəlli deyil.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bu hələ naməlumdur" deyə Peskov müvafiq suala cavab verib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransı 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək.