“Roma”nın və İtaliya millisinin sabiq hücumçusu, 48 yaşlı Françesko Totti karyerasını davam etdirə və A Seriyasının “Komo” klubu ilə müqavilə bağlaya bilər.
"Unikal" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Mənbə iddia edir ki, Totti mövsümün sonuna qədər "Komo"ya keçməyi ciddi şəkildə düşünür.
Futbolçu bütün karyerasını bir klubda keçirib. Totti 1992-2017-ci illərdə "Roma"da 25 mövsüm oynayıb. O, 785 oyun keçirib, 307 qol vurub və 207 məhsuldar ötürmə edib. "Roma" ilə birlikdə Totti 2001-ci ildə İtaliya çempionu olub.