“Görünür, xanım Salome görüş təyin etməyi planlaşdırmır. Fərqi yoxdur, onuncu gün parlament toplaşmağa məcbur olacaq. Ona görə də, o, təyin etməsə, parlament yenə də toplaşacaq”.

"Unikal" xəbər verir ki,  bunu Gürcüstan parlamentinin rəhbəri Şalva Papuaşvili prezident Salome Zurabişvili ilk iclası təyin etməkdən imtina etməsini şərh edərkən deyib. 

Bundan əvvəl Zurabişvili seçkinin nəticələrini tanımayıb və etirazlara çağırıb. 

O, həmçinin  Qərb dövlətlərinin respublika parlamentinə seçkilərin nəticələrindən narazılığını bildirən etirazçı vətəndaşları dəstəkləyəcəyinə ümid etdiyini bildirib. 

Gülayə Mecid